Diyarşunaslıq materiallarının əhəmiyyəti


Diyarşünaslıq-bir diyarın (geniş mənada ölkənin)təbii coğrafi şəraitinin,tarixi və mədəniyyətinin,etnoqrafiyasının,adət və ənənələrinin öyrənilməsidir.Ayrı-ayrı fənlərin tədrisində,müxtəlif məzmunlu elmi işlərin aparılmasında Diyarşünaslıq materialları əsas yer tutur.Diyarşünaslıq fikri ümumi şəkildə XIX əsrin əvvəllərində Pestalotsi Alyak tərəfindən irəli sürülmüş,XİX əsrin II əsrin yarısında isə Rus pedaqoqu K.D.Uşinski tərəfindən pedaqoji fikir tarixində birinci olaraq nəzəri cəhətdən işlənmişdir.Azərbaycanda Diyarşünaslığın inkişafında Novruz Paşayev və Talıb Paşayevin xüsusi xidmətləri olmuşdur.
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə Tarix Diyarşünaslıq Muzeyi yaradarkən məqsədim şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək,etnik xüsusiyyətlərimizə, milli adət-ənənələrimizə hörmət hissi tərbiyə etmək və şagirdlərə tədqiqatçılıq vərdişləri aşılamaqdır.
Muzeyimiz Azərbaycan ərazisində,o cümlədən İsmayıllı ərazisindən aşkar edilən  maddi-mədəniyn yət nümunələri ilə zəngindir.Qədim və orta əsr müllifləri Şirvanı Qafqaz Albaniyasının  mərkəzi hissəsinə aid etmişlər.Şirvanın zəngin mədəniyyətə malik  guşələrindən biri də İsmayıllı rayonudur.Ona görə də Azərbaycanın tarixi abidəlləri  tədqiq edilməyə başlanan zaman İsmayıllı ərazisi mütəxəssisləri diqqət mərkəzində olmuşdur.Qədim Azərbaycan dövləti olan olan Qafqaz Albaniyasınn tarixinin öyrənilməsində rayonumuzda aşkar edilən küp qəbirləri,qədim yaşayış məskənlərinin qaləqları,məişət əşyaları xüsusi yer tutur.Məktəbimizin muzeyində Albaniya dövlətinə aid su borusu(SumacıHətəmli kəndlərində aşkar edilən saxsı qabları ,Pirəbülqasım kəndindən saxsı qab qalıqları Albiya dövlətinin qədim dulusçuluq ənənələrinin göstəricisidir.Muzeymiz dulusçuluq,misgərlik,dəmirçilik məmulatı,əmək alətləri məişət əşyaları,xalçaçılıqda istifadə olunan əmək alətləri,bədii tikmələrlə zəngindir.Taxıl küpləri,nehrələr,cəhrə,yun darağı vıə sandıqlar xalqımızın zəngin təsərrüfat həyatına malik olduğunu göstəricisidir.Şirvanın qədim ipəkçilik mərkəzi olan Basqal özünün ipək məmulatı və kəlağayısı ilə bütün dünyada məşhur olmuşdur.1293-cü ildə Azərbaycanda olmuş Venesiyiyalı səyyah Marko Polo  yazırdı:”Burada hazırlanan gözəl ipək və zərxara parçaları dünaynın heç bir yerində görmərsən.”İtaliya səyyahının  bu təsviri Şirvana aiddir.Şirvanda isə ipək və zərxara istehsalə mərkəzi məhz Basqal olub.Muzeyimizin ekspanatları işərisində Basqal kəlağayıları,kəlağayılar üçün naxış qəlibləri,çarıq,ipək parça  İsmayıllının Mücü kəndində istehsal olunan qanovuz parça əsas yer tutur.Lahıcın sənət dünyasına aid olan misgərlik məmulatlarından mis qablar,tavalar,kasalar,sərnic,şamdan,xəncər xalqımızın zəngin sənətkarlıq ənənələrinə malik olduğunu göstərir.II dünya müharibəsi iştirakçılarının medalları xalqımızın qəhrəmanlıq tarixinin göstəricisidir.
E.ə IV-I əsrlərə aid Mollaİsaqlı ,E.əIII əsrə aid HacıHətəmli,eramızın II-X əsrlərinə aid tapıntılar xüsusi ekspanatlardabdır.
2012-ci il  martın 5-də  muzeyin açılçşı olur . Məktəbin direktoru Ş.Rəsulov  muzeyin yaranmasının xüsusi əhəmiyyətini qeyd  edir. İsmayıllı Rayon Təhsil Şöbəsi  Metodik Kabinetin Direktoru  H.Əsədov, aparıcı məsləhətçilər  R.Baloğlanov,N.Məmmədov,İ.Səlimov,metodistlər Ş.Quliyevə,S.Mikayılova,S.Məmmədova, Təhsil işçiləri,Azad Həmkarlar İttifaqı İsmayıllı RK-si sədri H,Kərimov təchizat şöbəsinin müdiri V.Rəsulov muzeyin yaradılmasının xalqımızın tarixinin öyrənilməsində böyük əhəmiyyət daüıması haqqında öz dəyərli fikirlərini bildirdilər.Şəhr 1 saylı tam orta məktəbin müəllimləri.İsmayılova,2 saylı tam orta məktəbin tarix müəllimləri R.Salahova,Ç.Rəşidova,3 saylı tam orta məktəbin  Direktor müavini N.Səmədov tarix müəllimi F.Əhmədzadə,İsmayıllı kənd tam orta məktəbin Direktor müavini Ə.Hüseynov,Mican kənd tam orta məktəbin tarix müəllimi M.Kərimov muzey materiallarının zənginliyini,bunun tariximizn öyrənilməsində rolu və əhəmiyyəti olduğunu qeyd etdilər.