Təhsildə şagirdlərimlə birlikdə uğurlarımız!


2011-ci ilin mart ayında Azərbaycan Respublikasının Təsil Nazirliyi   tərəfindən keçirilən fənn olimpiadalarının Respublika turunda şagirdim XI-D sinif şagirdi Şirəlizadə Elçin Feyruz oğlu Azərbaycan Tarixi fənnindən II yerə layiq görülmüşdür.E.Şirəlizadə Təhsil Nazirliyi tərəfindən fənn olimpiadalarının  qalibləri ilə keçirilən görüşdə Təhsil Naziri Misir Mərdanov tərəfindən təltif olunmuşdur.Hazırda E.Şirəlizadə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində təhsil alır.
2011-ci ilin iyunun 23-də İsmayıllı şəhər İşHəsənov adına 1 saylı tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ,Azərbaycanın bütövlüyü uörunda cəmiyyət tərəfindən “Azərbaycan torpaqlarına erməni iddialarının  gerçək tarixi faktları əks etdirən təkzib edilməz dəlillərlə ifşası “ layihəsi  çərçivəsində keçirilən dəyirmi  masada şagirdlərim Ağamirli Aygül  Əkbər qızı ,Quliyeva Səmimə Şamid qızı,Rzazadə Ülviyyə Vidadi qızı,İsmayıllı Fidan Elxan qızı və Məmmədzadə Əli Çingiz oğlu müzakirələrdə fəal iştirak etmişlər.”Qafqaz Albaniyasının Məbədləri”mövzusunda tarixçi alim Bəxtiyar Tuncayın məruzəsindən sonra  şagirdlər Qafqaz Albaniyası haqqında məruzələr etmiş və mənbələr əsasında  Albaniya xristian məbədləri haqqında məlumatlat vermişlər.
Biz Azərbaycandakı bütün Alban-xristian abidələrinin xalqımızın mədəni irsinə aid olduğunu sübut edən mənbələr əsasında ermənilərin  tariximizə olan çirkin iddialarını rədd etdik.Layihə rəhbəri Elman Cəfərli,tarixçi alim Bəxtiyar Tuncay tərəfindən “Qafqaz Albanlarının dili və ədəbiyyatı” və “Sakların tarixi , dili və ədəbiyyatı”kitabları ilə mükaafatlandırdıq.