Azıx mağarası haqqında


İsmayıllı şəhər İ.Həsənov adına
    1saylı orta məktəbin 6b sinif şagirdi
    İsmayıllı Cavanşir Cəsarət oğlunun
                                                   ”Azərbaycan dünya sivilzasiyasının
    mərkəzi kimi”mövzusunda tədqiqat işi.
  Müəllim:Məmmədova Təranə Faiq qızı.












 
                             “Azərbaycan dünya sivilzasiyasının mərkəzi kimi.
            
                                Azığ Mağarısı.
             Müasir dünyamızda müxtəlif xalqlar və millətlər yaşayır.Onların dili,məşğuliyəti və ictimai-iqdisadi quruluşları bir – birinə bənzəmir.İnsan daim öz keçmişinə nəzər salmış ondan ibrət dərsi götürmüş və özümün formalaşma mərhəlisini öyrənməyə can atmışdır.Bu arzunu həyata keçirmək üçün təbiətin və cəmiyyətin sirlərini,öz mənşəyini,həyatını,ilkin səhər çağını,ilk əmək fəaliyyətinə başlama dövrünü araşdırmağa çalışmış və bu yolda müəyyən nailiyyətlər qazanmışdır.Yer üzərində insan bu gün də axtarışlarını davam etdirir və özünə müxtəlif suallar verir.Görəsən,ilk qədim insan neçə və harada meydana çıxmışdır.Onun xarici görünüşü neçə olmuşdur.İlk qədim insan fəaliyyətə nədən başlamışdır?Onun yaşayış tərzi,ictimai-iqtisadi quruluşu necə olmuş və ilk əmək aləti nədən ibarət olmuşdur?İnsanın ulu babası kim olmuşdur?Bu və ya digər suallar bəşər alimlərini daim düşündürmüş və bu yolda elmi axtarışlar aparmağa sövq etmişdir.İstər Azərbaycan və istərsə də qeyri ölkələrin tarixçi alimlərin apardıqları elmi axtarışlardan məlum olmuşdur ki,bəşəriyyətin bütün inkişaf mərhələlərində insanın yaşaması və formalaşması üçün təbii mühit və coğrafi şərait mühüm rol oynamışdır.
              Bəzən elə olur ki,uzun ayların axtarışları bir səmərə vermir,bu arxeoloq alimlərimizi qorxudub ruhdan salmamışdır.Gəzər ayağa daş dəyər xalq məsəli onları yeni axtarışlara səsləmişdir.Beləliklə,ayrı-ayrı tədqiqat aparılacaq rayonlar müəyyən olmuş və bu plan əsasında alimlər axtarışlarını davam etdirmişlər.
              1985-ci ilin sonralarında tarix müzeyinin paleolit exspedisiyası Azərbaycan SSR EA Rəyasət heyətinin qərarı ilə akademiyanın tarix instituna köçürülmüşdür.1959-cu ildə paleolit ekspedisiyası Daşkəsən rayonuna axtarış səfəri etmişdir.Lakin orada heç bir nəticə əldə edə bilmədiyindən xac bulaqda tunç dövrünə aid bir neçə kurqan qazmışdır.Həmin ili tuğ kəndi çökəkliyində quru çayın sol sahilində iki təbii mağara qeydə alınmışdır.Qazıntı nəticəsində buradan daha müsbət nəticələr əldə edilmişdir.Tədqiqat aparılarkən orta paleolit ilə yanaşı buradan ilk dəfə olaraq qədim paleolit təbəqəsi üzə çıxarılmışdır.Qazıntı zamanı Azığ mağarasının çox təbəqəli abidə olduğu müəyyən edilmişdir. İndiyə qədər aparılmış elmi tədqiqat nəticəsində burada təbəqə öyrənilmişdir.Onlardan üstdən birincisi təbəqədən eneolit,qalanları isə paleolite aiddir.
             Azığ mağarası düşərgəlerindən küllü miqdarda daş məmulatı və müxtəlif heyvanların daşlaşmış sümükləri tapılıb öyrənilmişdir.Eyni zamanda bu mağara düşərgəsi SSRİ ərazisində ən qədim mağara düşərgəsidir.Təsadüfü deyildir ki,buradan aşel təbəqəsindən sovet ərazisi üzrə ilk dəfə ən qədim insanın azıxantropun alt çənəsi tapılmışdır.Bu təbəqələrdə böyük ocaq yeri içərisindəayı kəllələri olan dini-sehirli xəlvətxana aşkar edilmişdir.Paleoantropolgi tapıntı nəinki Azərbaycanın,eləcə də bütün zaqafqaziya aşel adamının fiziki quruluşunun müəyyənləşdirilməsində başlıca rol oynaya biləcəkdir.Azığ mağarası quruçay dərisinin sol yamacında çaydan 3km aralıda olub,indiki çay yatağından 200-250 metr hündürdədi. Burada əhalisinin sayına görə yaşayış yerlərindən ən böyüyü Tuğ kəndini göstərmək olar.Mağaranın daxil olduğu nöqtə dəniz səthindən 950-1000m-ə qədərdir.Mağara və onun qarşısında dəvələr və müxtəlif hündürlükdə olan təpələr ilə birlikdə10x15 km-lik böyük tuğ kəndi çökəkliyə daxildir.Həmin çökəklikdə quruçayın əmələ gətirdiyi antropagen dövrünə aid 10-a qədər çay terasları qeydə alınmışdır.
              Burada təsvirini verdiyiniz qazıntıların stratiqrafiq planı 1960-cı ildən indiyə qədər olan tədqiqatın illik hesabatları əsasında birləşdirilib,yığcam şəkildə təhlil edilmişdir.
              Qazıntı zamanı Azığ mağarasında aşağıdakı təbəqələr alınmışdır.
                                        Müasir dövr təbəqəsi.
 
1. Çürüntülü qarışıq təbəqə.
Tərkibinə görə iki laydan ibarətdir.Bunlardan birinci lay mal peyi-
ninden ibarət olub qalınlığı 15-20 sm-dir.İkinci isə qaramtıl çürüntü
ve kül qarışıqlı torpaq layıdır. Burada ocaq və çay daşları elə qarış-
dırılmışdır ki,onun planını götürmək mümkün olmadı.
2. Sarı gillicə təbəqə.
Tərkibi az gilli çoxlu xırdaça və bir qədər iri qaya daşı qırıntıla-
rından ibarətdir.Daşları iti tillidir.Burada arxeoloji tapıntı yoxdur.
3.Boz Gillicə.
Əsasən iti tilli qaya daşlarının qırıntılarından ibarətdir.Daş qırıntı-
ları müxtəlif böyüklükdə olmaqla mağaranın öz qaya divarların-
dan tökülmüşdür.Təsvirini verdiyimiz təbəqənin içərisində külli
miqdarda qədim və orta paleolitə aid daş məmulatı,fauna qalıqla-
rı üzrə çıxarılmışdır.
4.Qonur-qaramtıl gillicə.
Təbəqə əsasən iti tilli qaya daşı qırıntılarından,iri qaya parçaların-
dan və qonur-qaramtıl gillicə qarışığından ibarətdir.Burada bir
dənədə olsun arxeoloji material yoxdur.Lakin bunun tərkibində
külli miqdarda xırdaca kömür qırıntıları vardır.
5.Gillicə təbəqə.
Burada qaya daşı qırıntıları tamamilə yoxdur.Bu təbəqə yuxa-
rıda və özündən aşağıdakıların içərisində ən qalını və ən bö-
yüyüdür.Lakin daş məmulatı olduqça az,sümük qalıqları isə
əksinə daha çox üzə çıxarılmışdır.Arxeoloji materiqllar yuxa-
rıda təsvir etdiyimiz 3 təbəqənin daş məmulatından tamamilə
fərqlidir,həm də çox qədimdir.
6.Sarı gillicə-daşlı təbəqə.
Tərkibi xusisilə qaya daşı qırıntılarından ibarətdir.Mağaranın
çıxış hissəsində təbəqə olduqca nəmli və həm də palçıq və-
ziyyətindədir.Burada çoxlu daş məmulatı və sümük qırıntıla-
rıda üzə çıxarılmışdır.Burada daş məmulatı göstərilən 5-ci
təbəqəninkindən qat-qat çoxdur.İləm də bunlar tiboloji cə-
hətdən daha zəngindir.
7.Açıq-göyumsov gillicə.
Bununda tərkibində bir dənə də olsun qaya daşı qırıntıları
yoxdur, xalis gillicədən ibarətdir.Təbəqə bəzən yerdə yum-
şaq və bəzən də sementləşdi.Burada arxeoloji tapıntı azdır.
                                      OVÇULUQ.
Orta paleolitin ovçuluq məsələsinə gəldikdə,ovçuluq sözsüz ki,o dövrün əsas təsərüfat sahələrindən  biri oluğşdur .Bu qədim təsərrüfatdan bizə daş    alət və silahlarla yanaşı ovlanmış heyvanların daşlaşmış sümükləri gəlib çatmışdır.Maraqlıdır ki,sümüklərin hamısı çapılıb,doğranılmış və ocaqda yandırılmışdır.
Tədqiqatlarla müəyyənləşdirilmişdir ki,Azıx düşərgə
sahibləri 10,Tağlarda 20,Daşsalahlıda 14 və Daşçılıda isə
növ heyvan ovlanılmışdı.Azıxda bunlar mağara ayısı,
qonur ayı,qaban,cüyür,mesopatamiya  maralı,nəhəng ma-
ral Qafqaz maralı,dağ keçisi və müxtəlif quşlardan ibarət-
ir.
Azıx mağarasının qədim və orta aşel mədəniyyətlərinə aid
tapılmış arxeoloji maerialları arxeoloqlarla yanaşı,paleo-
coğafların, paleoglomorfoloqların və habelə geoloqların
diqqətini özünə cəlb etmişdir.Onlar da arxeoloqlarla birlik-
də Azıx mağarasındakı,4 cü dövrün tədqiqi ilə məşğul olma-
ğa başlamış və insanın formalaşdığı dövrə aid zəngin elmi
materiallar əldə etmişlər.Elmi ədəbiyyatlarda 4 cü dövrə ant-
ropogen də deyilir,yəni insanın formalaşdığı dövr məhz bu
dən başlayaraq insanın il əmək alətləri hazırlaması dövrü
başlanmış,özünün inkişafından 3 milyon il keçmişdir.
Maraqlıdır ki,beşinci təbəqədən ancaq ovçuluq üçün yarar-
lı olan əmək alətləri tapılmışdır.Burada aşkar olunmuş əmək
alətlərinin sayı 300-ə yaxındır.İstehsal tullantıları tatamamilə
yoxdur.Deməli,əmək alətləri kənada hazırlanmışdır və orta aşel
dövründə də qədim insanlar Azıx düşərgəsində yaşamış əsas
fəaliyyətləri ovçuluqdan ibarət olmuşdur.Ovçuluq qədim insan-
ları nəinki yeməklə təmin edirdi,eyni zamanda orta aşel adamla-
rının geyim və yaşayış yerləri tikintilərini hazırlamağa da im-
kan verirdi.Azıx düşərgəsində aşkar olunmuş fauna qalıqları
göstərir ki,orta aşel dövründə ovçuluq özünün ən yüksək zirvə
sinə çatmışdır.Əgər qədim aşel dövründə 11 növ iri heyvan
ovlanmışdırsa,orta aşel dövründə 45 növ heyvan və quş ovlan-
mışdır.
 
Azıx mağarasının qədim sakinlərinin necə od əldə etmə-
sini gəlin bir anlıq nağıllarda olan kimi obrazlı şəkildə belə
təsəvvür edək.İldırım çaxma hadisəsi qədim azixontropların
diqqıtini özünə cəlb etmişdir.Onlar bunun sirrini öyrənməyə
çalışırdılar.
İldırım çaxandan sonra meşədə yanğın baş verir və hər
tərəf işıqlanır.Yanğın yerinə çatarkən qədim insanlar görür-
lər ki,ağaclar yanır,hər tərəf alova bürünmüşdür.Hava soyuq
olduğu üçün odun istiliyindən bir qədər burada qalıb qızınır-
lar.Bu hadisə azıxantroplara bir qədər möcüzəli görünür.
Bunu qədim insanlar birlikdə fikirləşmiş,birlikdə fəaliy-
yət göstərmişdilər.Bu tarixi hadisə 550-650 min il bundan əv-
vəl baş vermişdir.Qədim insanlar ilk dəfə olaraq təbii odla
tanış olmuşdular.Təbii odla tanışlıq qədim insanların həyatın-
da mühüm rol oynamışdır.Lakin qədim azıxantroplar hələ
süni yolla od ala bimirdilər.Artıq təbii odla tanışlıq qədim
insanın inkişafına təkan verdi.Təbii odu düşərgəyə təsadüf-
dən-təsadüfə gətirirdilər.Çünki,müəyyən vaxt keçdikdən
sora od sönürdü.Yenidən onu bərpa etməyi,alışdımağı
qədim insan hələ öyrənə bilməmişdi.
Odla tanışlıq qədim insanın həyatına yeni uğurlu səhifə-
lər yazdı.Qədim insan böyük bir yeniliyin sahibi olmuşdu.On-
lar ayazlı-şaxtalı qış aylarında soyuqdan qorunmaq üçün od-
dan istifadə etmək qərarına gəldilər.
Azıxda aparılan tədqiqatlar zamanı qədim aşel təbəqə-
sindən bir ocaq layı qeydə alındığı barədə əvvəldə söhbət aç-
mışdıq.Orta aşel dövründə azıx sakinlərinin ovçuluğu
genişləndirmələri ilə əlaqədar olaraq ocaqdan geniş istifadə
edilməyə başlanır.Aşkar olunmuş ocaq qalıqları bunu əyani
surətdə sübut edir.
Qədim azıx sakinləri torpaqda qazma üsulu ilə süni ocaqlar qururdular
  Maraqlıdır ki,orta aşel təbəqəsindən üç ocaq yeri qeydə alınmışdır
Ocaqlardan biri 4 m sahəni tutur. Ocağın hər tərəfinə yandırılmış ağac
 Külündən qalın sədd çəkilmişdir.Ən maraqlı cəhət ocağın yanında əhəng         
 Daşlarından qurulmuş divar qalığının qeydə alınmasıdır.Divar qalığının hün-    
  Dürlüyü 30sm-dən bir qədər artıq idi.Bu divarın yanında daha bir kiçik       ocaq   yeri aşkar olunmuşdur.Ocağın hər iki tərəfi  
       yastı  əhəng daşları ilə əhatə edilmişdir.Orta aşel
       dövrünə aid olan təbəqədən ocaq yerlərinin aşkar
       olunması ocağın qədim insanların həyatında mühüm
       rol oynadığını göstərir. 
 
                                    MEZOLİT və NEOLİT.
                Mezolit və Neolit dövrünü yaxşı xarakterizə edə
            bilən arxeoloji matriallar ilk dəfə Daşçılıdan üzə çı-
            xarılmışdır. 1956-1957-ci il qazıntıları zamanı, qa-
            rışmış təbəqələrin materialları arasında daş dövrün
            sonlarına xarekterik olan daş məmulatına çox təsa-
           düf edilmişdir.Bunlar həm texnoloji,həm də tibilo-
           ji cəhətdən, orta və üst paleoloit daş alətlətlərin-
           dən tamamilə fərqlidir.
                Karandaşvari nuklusların tapılması daha maraq-
           lıdır.Bunların uzunluğu 3-4 sm-dir.Qalınlığına görə
           adicə çoxtilli müasir yazı karandaşlarının eynidir.La-
           kin bunlar öz ölçülərinə görə gödəkdirlər.Nuklusun
           üst üzündə onun dairəsi boyu bir-birinə paralel tillər
            vardır. Tillərin aralığı 1-1,5 mm-dir.Yuxarıda təsvir
            etdiyimiz mikrolitlərin forması,eni, uzunluğu həmin
            nukleusun eynidir.Bu bir daha sübut edir ki,mikro-
            lövhəciklər əsasən karandaşvari nukleuslardan qopa-
            rılmışdı.Maraqlıdır ki, bu dövrdən prizma şəkilli nuk-
            leuslar sıradan çıxmış və onları yeni texnika üsuluna
            uyğun olan karandaşvari nukleuslar əvəz etmişdi.
                Qeyd etmək lazımdır ki, yalnız, Azərbaycanda deyil,
             hər yerdə mezolit əsasən karandaşvari nukleuslarla xa-
             rakterizə edilə bilər.
                Azərbaycanda , xüsusilə, Damcılı mezolit və neolit
               dövründə ilk dəfə olaraq uzaq vuran silahlar ixtira ed-
               ilmişdir.Bunlar əsasən aşağısı saplaqlı kiçik ölşülü ox uclarından ibarətdir. Maraqlı burasıdır ki,bu ox ucları özləri də mikrolövhə-
             ciklərdən hazırlanmışdı.Təsadüfi deyildir ki,bir ədidinin alt üzünün
              müəyyən sahəsi olduğu kimi saxlanilmışdı.Ox ucları hər iki üst üzü tərəfindən axma üsulu ilə dişəklənmişdi.Ox uclarının oxa taxılan saplaqlarının qalınlığı 1mm uzunluğu isə 3mm-dir.Bunların yuxarı                                                          
             ucu olduqca iti olduğu haida ağız hissələri həm iti və həm də az  ziq- 
             zaqdır
             Ox uclarının varlığı göstərir ki Daşçılı mezolit-neolit sakinləri artıq yay- oxla silahlanmışlar.
              Azərbaycanda mezolit və nolit dövründə icəsənət sahəsi də müəyyən qədər inkişaf etmişdi. Qobustan düşərgərinin mezolit- neolit sakinlə-
              ri tərəfindən qayalar üstündə çəkilmiş müxtəlif təsvirlər buna əyani
              misaldır.Həmin dövrün təsvirləri böyükdaş və kiçikdaşın yamacların-
              da və aşağı ətəklərindəki nəhəng qayaların üstündə qeydə alınmışdır.
              Bu təsvirlər müxtəlif heyvanlara və insanlara aiddir.Burada çiyinlə-
              rində yay- ox olan kişi və qadın təsvirləri daha maraqlıdır.
                 Təsvirlər öyrənilərkən müəyyən edilmişdir, daha qədimdə çəkilmiş
              insan şəkilləri öz iriliyinə görə,sonralardan meydana gəlmiş insan təs-
              virlərindən fərqlinir.Lakin hər iki halda üslub eyni olaraq saxlanılır.
              İnsan təsvirləri tədqiqatçı İ.M.Cəfərzadə tərəfindən neolitə, yəni era-
              dan əvvəl 8-7-inci minilliklərə aid edilir.
                  Eyni dövrün şəkillərindən birisi də vəhşi öküz təsvirləridir.Öküz-
              lər demək ola ki,natura böyüklükdə bəzən az kiçildilmiş, ölçüdə təs-
              vir edilmişdir.Başqa maraqlı təsvirlərdən birinci də içərisində çoxlu
              adam olan böyük qayıq rəsmləridir.Bu qayıqların burun hissəsində
              günəş təsviri verilmişdir.
                  Qeyd lazımdır ki, heyvan təsvirləri həmişə yan tərəfdən verilmişdir.Təsvirlərin çoxunda heyvanlar hərəkətdə -qaçmaqda, bir-
              birlərilə vuruşmaqda, ətrafa baylanarkən, yaxud otlamaq vəziyyətin-
              də verilmişdi.Maraqlıdır ki, onların hərəkəti olduqca düzgün və qa-
              barıq təsvir edilmişdir.
                   Yallı oyun təsvirlərinin varlığı Azərbaycan tarixi üçün daha əhə-
               miyyətlidir.Həmin oyun mərasimi Azərbaycan xalqının  həyatında
               mezolit-neolitdən başlamış indiyə qədər saxlanılmışdır.
                   Mezolit-neolit dövrünə aid mikrolitik formalı alətlər Azərbaycan-
               ın ən yüksək dağ rayonlarından da bizə məlumdur.
               1972 – ci ildə Şuşa şəhərinin arxeoloji qazıntı aparılmışdır.Tədqiqat
                zamanı qarışıq təbəqədən yeni daş dövrünə aid çaxmaq daşı, dəvə-
                gözündən hazırlanmış mikrolitik alətlər aşkar edilmişdir. Həmin alətlərlə birlikdə eneolit, tunc, dəmir və orta əsrlərə aid gil mə` mu-
             latı da tapılmışdır. Şuşa mağarasından orta paleolitəaid 2 ədəd kobud
             alət aşkar edilmişdir.Həmin dövrə aid alətə Xocalı çayının yatağında
             da təsadüf edilmişdir.
             Tapıntılardan məlum olur ki indiki Şuşanın yeri və onun ətrafı yaşayış
              üçün çox qədimlərdən əlvərişli olmuşdur.Eyni dövrə aid daş məmulatı 1938-ci il qazıntıları Xaçbulaq yaylağından da aşkar edilmişdir. Daş məmulatı tunc dövrünə aid kurqanın tökmə torpağından yığilmişdır. Güman etmək olar ki kurqanı düzəltmək üçün ətrafda olan düşərgə dağılmış və onun torpağı materiallarda birlikdə kurqan qəbrinin üstünə tökülmüşdü.Buradan üzə çıxarılan alətlər uclu qaşarlardan  qəlpələrdən və bir ədəd ox  ucundan ibarətdir.
              Yuxarıda qeyd edilən tapıntılardan müəyyən olunur ki hələ yeni daş dövrü və eneolitin əvvəllərindən Azərbaycanın dağlıq  hissələri insan məskənlərinə çevrilmişdi.Müqayisəli materiallar əsasında müəyyən edilir ki mezolit-neolit mədəniyyəti özünə məxsus yerli xususiyyətə malik olmaqla o heç bir zaman təcid olunmuş şəkildə deyil əksinə Qafqaz və Aralıq dənizi ətrafı mədəniyyəti ilə sıx əlaqədər olmuşdur.
              Beləliklə,yüz min illərlə hesablanır.Mənim torpağımda ömür sürmüş ən qədim insanın –Azığ adamının yaşı! Dünyanın çox görkəmli alimləri uzun axtarışlardan sonra hamılıqla eyni nəticəyə gəlmiş, qiymətli bir xəritə yaratmışlar.
              “Avropanın ən qədim sakinləri,, adını vermişlər.Bu xəritəyə.Dünyada çox ölkələr,xalqlar olmasına baxmayaraq bu xəritəyi ulu tarixə, şanlı keçmişə malik olan tək-tək məmləkətlərin adı daxil edilib.Onlardan biri də doğma Azərbaycanımızdır.
                Dünyanın ən qədim xalqlarından biridir mənsub olduğumuz böyük Azərbaycan xalqı!
                 Təəssüflər olsun ki qədim yaşayış məskənlərinin yerləşdiyi Qarabağ torpağı gözəl Şuşamız Fizulimiz düşmən tapdağı altında inləməkdədir.Lakin biz yüz min illər dövran sürmüş əzəli və əbədi yurdumuzun azad ediləcəyi günə inanırıq.
                                                                                                                                                                              

                     Addım başı ölümlə çarpışan şirim mənim
                     Ölümsüzüm, ölməzim, əbədi dirim mənim.
                     Yüz minlərin içində yüzüm yox birim     mənim,
                     Allah özü də təkdir, baxma, meydanda təksən!
                     Sən qalib gələcək!Sən qalib gələcəksən!