2012-ci il aprelin 18-də -(Tarixi abidələrin mühafizəsi günü) muzeyimizdə “Yerli materiallardan istifadənin əhəmiyyəti”mövzusuna həsr edilmiş Elmi-Praktik Konfrans keçirilir.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Ş.Rəsulov konfransı açıq elan edir.Tarix müəllimi T.Məmmədova “Tarixin tədrisində yerli materiallardan istifadənin əhəmiyyəti”mövzusunda məruzə edir.IX-Ç sinif şagirdləri Azərbaycanın,İsmayıllının tarixi,mədəniyyəti haqqında maraqlı fikirlər söylədilər.Şagirdlər 3 qrupa bölünərək,öz qruplarına İsmayıllı qalalarından adlar seçirlər.Diyarüunaslıq haqqında,Diyarşünaslı işinin öyrənilməsi haqqında məlumatlar verirlər.Şagirdlərin İsmayıllı bölgəsi haqqında bəzi qeydlər,İsmayıllının qala,qaya,göl,çay adları haqqında maraqlı məlumatları eşidilir.Şirvanın qədim ipəkçilik rmnömrələri müəllim və şagirdlərə nümayisgərlik və silahqayırma sənətləri haqqında şagirdlər öz fikirlərini bildirirlər.Şirvanın maddi mədəniyyət tarixini yazmış görkənli etnoqraf Arif Mustafayevin tədqiqatlarına əsasən Basqal ipəkçiliyi ,Mücü zərxara və qanovuz parçaları haqqında fikir mübadilısi edirlər.İKT-dən istifadə edilərək arxiv materialları nəticəsində tədqiq etdiyim İsmayıllının tarixi abidələri və onların invertar nömrələri müəllim və şagirdlərə nümayiş etdirilir.2011-ci ildə Azərbaycanın sənətkarlıq mərkəzi olan İsmayıllının zəngin sənətkarlıq nümunələri nümayiş etdirilir.Şagirdlər yerli materiallardan istifadənin onların dunya görüşünün formalaşmasına böyük təsir etdiyini bildirirlər.Direktor:Ş.Rəsulov konfransın şagirdlərin xalqımızın tarixinə olan marağın artmasında əhəmiyyətli rol oynadığını qeyd edir.İsmayıllı rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi R.aloğlanov da konfransın,tarix dərslərinin muzeydə tədris olunmasının əhəmiyyəti haqqında öz fikirlərini bildirir.Konfransın digər iştirakçıları da muzeyin zənginliyini,şagirdlərin tarix haqqında biliklərini daha da dərindən mənimsənməsində muzey materiallarının böyük rol oynadığını bildirirlər.Nümayiş etdirilən tarixi abidələr,sənətkarlıq nümunələri maddi-mədəniyyət nümunələrmizin öyrənilməsində tanınmasında xüsusi əhəmiyyət daşıyır.Konfransın məhz tarixi abidələrin mühafizə günündə keçirilməsi təsadüfi hal deyildir.Çünki bizim hər birimiz tarixi yadigarlarımızın qədim şayış məskənlərindən aşkar edilənynümunələrimizin qədrini bilməliyik.Tarixi yadigarlarımızı,qədim yaşayış məskənlərindən aşkar edilən nümunələri qorumaq tariximizi yaşatmaq deməkdir.Tarixi abidələrimiz,muzeylərimizdə qorunan maddi-mədəniyyət nümunələrimiz ulu və şanlı tariximizin heç zaman solmayan,köhnəlməyən,aktuallığını itirməyən səhifələridi.Bu tarix əcdadlarımızın qəhrəmanlıq tarixidir.Əcdadlarımızın canı və qanı bahasına yaranan bu tarixi necə öyrənmək olar?
Uzun illər tariximizi saxtalaşdırmağa çalışan düşmənlərimiz torpaqlarımıza yiyələnmək,ulu babalarımızın izini itirmək üçün tarixi abidələrimizi məhv etmişlər.Ulu keçmişimizə,babalarımızın əmanətinə layiqli varis olmaq üçün tariximizi dərindən öyrənməli,tarixi həqiqətləri bilməliyik.Çünki zaman keçəcək,biz yenidən itirilmiş torpaqlarımızın sahibi olacağıq.